Qarın bölgəsində olan dəri boşalmaları, sallanmalar və çatlamalar hər hansı pəhriz və ya idman hərəkətləri ilə əvvəlki formasına qayıtmaz. Pəhriz və ya idman nəticəsində bu nahiyyədə olan yağlar azalar ama burda olan dəri boşalmaları, sallanmalar və çatlar üçün tək əsaslı və qalıcı metod qarın dartma ( abdominoplastika ) əməliyyatıdır.
Abdominoplastika qarının orta və alt nahiyyəsində olan atrıq miqdarda yağların, sallanmış dərinin çıxarılması və qarın əzələlərinin gərginləşdirilməsi ilə icra edilən əməliyyatdır. Ümumiyyətlə bu bir arıqlama əməliyyatı deyildir və kök insanların bu əməliyyatdan əvvəl lazımi qədər arıqlamaları tövsiyyə edilir. Bu əməliyyat nəticəsində qarında ciddi şəkildə düzləşmə və gözəl görünüm əldə edilir.
ƏMƏLİYYAT
Əməliyyat qarnın böyüklüyündən və genişliyindən asılı olaraq təxmini olaraq 1.5 – 3 saat müddətində icra edilir. əməliyyatdan əvvəl kəsik aparılacaq bölgə qeyd edilir. Kəsik aparıldıqdan sonra qarnın üst nahiyyəsinə kimi dəri qarın divarından ayrılır. Qarın ön divarı əzələlərində olan zəiflik gərginləşdirilir. Dəri aşağıya cəkildikdən sonra artıq olan hissə kəsilərək çıxarılır. Yeni göbək dəliyi açıldıqdan sonra kəsik tikilir.
Əməliyyatdan sonrakı yaxın dövrdə az miqdarda gərginlik hissi olur. Ağrikəsicilər istifadə edildiyi üçün bu gərginlik və ağrı nəzarətdə saxlanılır. Aparılan cərrahiyyənin böyüklüyünə görə xəstə eyni gün evə yazıla bilər və ya bir gün xəstəxana şəraitində nəzarətdə qala bilər.
Əməliyyat sonrası sağalma mərhələsi təxmini olaraq iki həftədir. İki həftə sonra gündəlik həyat fəaliyyətinə və işinizə qayıdabilərsiniz.