1-ci dərəcə hemoroid ( babasil )
Birinci dərəcə hemoroidlər ciddi şikayət verməzlər, sadəcə anal bölgədə az qabarıqlıq, şişlik olur. Aşınmaya bağlı olaraq kanama ola bilər. Qanamadan başqa ciddi əlaməti yoxdur. Qanama qırmızı təzə qan şəklində olur. Müalicəsi lazer vasitəsi ilədir
2-ci dərəcə hemoroid ( babasil )
İkinci dərəcə hemoroidlərdə şişlik 1-1.5 cm ölçüdədir. Normal vəzəyyətdə hiss olunmur lakin defekasiya zamanı xaricə çıxır və xəstə əli ilə hiss edər. Xəstə ayağa qalxdığı zaman hər hansı müdaxiləyə ehtiyac olmadan öz özünə içəri girir. Qanama ola bilər. Müalicəsi lazer və ya bang ligasiya üsuludur.
3-cü dərəcə hemoroid ( babasil )
Hemoroid ~ 2cm ölçüdə olur. Tualet əsnasında bayıra çıxır lakin öz özünə işəri girməz. Xəstə əli ilə köməklik edərək işəri salar. Qanama, ağrı, qaşıntı kimi bir çox əlamətləri vardır. Müalicəsi böyüklüyünə görə fərqlənir. Lazer band ligasiya edələ bilər.
4-cü dərəcə hemoroid ( babasil )
Dördüncü dərəcə hemoroidlər müalicəsi gecikmiş irəli dərəcədə olan hemoroidlərdir. Hemoroid şişlikləri işəri girməzlər, bayırda qaldığı üçün yanma, qaşıntı, ağrı, qanama və s. Kimi şikayətlər verər. Müalicəsi əməliyyatdır.
Xarici (dış) hemoroidlər ( babasil )
Dış hemoroidlər anüs xaricinə çıxan dəri altında yerləşən hemoroidlərdir. Başlanğıc mərhələdən ağrılı olurlar və tez tez qanama ilə müşayət olunurlar. Dış hemoroidlərdə iç hemoroidlər kimi gücənmə, qəbizlik kimi durumlarda şişirlər. Dış hemoroidlər anüs xaricində olduğu üçün xəstələr əksəriyyət hallarda özləri diaqnoz qoyaraq həkimə müraciət edirlər. Tromboz ( hemoroid içərisinə qan yığışması ) olarsa təcili müdaxilə lazımdır.
Rəy yaz