Öd kisəsi əməliyyatı dediyimiz zaman öd kisəsinin əməliyyat aparılaraq çıxarılmasını ifadə etməkdədir. Əməliyyat açıq və ya laparoskopik üsulla həyata keçirilə bilər.
Hal hazırda öd kisəsi əməliyyatının qızıl standardı laparoskopik üsuldur.
Laparoskopik əməliyyatın üstünlükləri bunlardır:
- çox kiçik (~ 1cm) kəsiklər olduğu üçün əməliyyat sonrası ağrının az olması
- daha az yara yeri infeksiyası
- daha az əməliyyat ağırlaşması
- əməliyyat sonrası periyodda yaranın tez bir zamanda sağalması
- kosmetik olaraq ciddi şəkildə yara izinin qalmaması
- xəstənin qısa müddətdə yataqdan qalxması normal həyata dönməsi
Rəy yaz