Öd kisəsi iltihabı (Xolesistit)

Öd kisəsi iltihabı (Xolesistit)

Öd kisəsində iltihab ümumiyyətlə öd kisəsi kanalın tutulduğu zaman ortaya çıxan prosesdir.

Öd kisəsində olan daşın kanala girməsi nəticəsində ödün boşalması çətinləşərək öd kisəsinin şişməsinə öd kisəsi divarlarının odemlənməsinə və nəticə etibarı ilə iltiblı bir prosesin başlanmasına səbəb olur.
Öd kisəsində olan iltihablı prosesin ən vacib əlaməti qarında olan ağrıdır. Özəlliklə ağrının qarın ön divarı sağ üst kvadratda yerləşməsidir. Bu ağrı əsasən yeməklərdən sonra ortaya çıxır. Sağ çiyinə və kürək bölgəsinə yayılması digər əlamətləridir.
Ağrı mədə bulanması, həzimsizlik və ağıza acılığın gəlməsi ilə birlikdə ola bilər.

Paylaş:

Rəy yaz

Ad*

Email* (never published)

Website