Öd kisəsi, 30-50 cc həcmində olan 7-10 cm uzunluğunda bir orqandır. Öd kisəsi qaraciyərdən altında yerləşir. Öd kisəsinin əsas funksiyası qaraciyərdən ifraz olunan ödü yığaraq konsantrasiya etmək və lazım olduqda, yəni yediyimiz qidalara cavab olaraq bağırsağa ötürülməsini təmin etməkdir. Öd kisəsi xəstlikləri ümumiyyətlə 40 yaşdan sonra və özəlliklə qadınlarda daha çox ortaya çıxmaqdadır. Burda əsas problem kisənin ödü qatılaşdırması və bağırsağa ötürülmə funksiyasının pozulmasıdır. Buna bağlı olaraqda öd palçığı və öd kisəsi daşları əmələ gəlir.
Qaraciyərdən ifraz olunan ödün bir hissəsi öd kisəsəinə ehtiyac olmadan bir başa bağırsaqlara ötürülməkdədir.öd kisəsinin olmadığı zaman qaraciyərdən ifraz olan ödün tamamı ümumi öd axarı vasitəsiylə bağırsağa ötürülməkdədir.
Öd kisəsinin həyati vacib bir orqan olmadığını unutmamalıyıq!!!
Rəy yaz