Tük (qıl) dönməsi nədir?
Tüklərin büzdüm bölgəsində sonradan əmələ gələn dəliklərdən dəri altına girməsi və burda kist əmələ gətirməsidir. Əslində insan organizmində çoxlu sayda mikro dəliklər vardır. Büzdüm bölgəsində daha çox ortaya çıxmasının səbəbi isə bu bölgədə olan dərinin daha incə və yumşaq olmasıdır.
TÜK DÖNMƏSİ NECƏ ƏMƏLƏ GƏLİR ?
Tük dönməsi baş, ənsə və bədənin digər nahiyələrindən büzdüm bölgəsinə tökülən tüklərin qalçaların sürtünmə hərəkətinə bağlı və ya çox tərləməyə bağlı olaraq bu bölgədə olan kiçik dəliklərdən dəri altına dönərək girməsi nəticəsində ortaya çıxmasıdır. Əməliyyat sonrası aparılan araşdırmalar nəticəsində çıxarılan tüklərin o bölgəyə aid olmadığı aşkarlanmışdır. Aparılan araşdırmalara görə 18- 40 yaşlı kişilərdə daha çox görüldüyü bildirilir.
TÜK DÖNMƏSİNİN ƏMƏLƏ GƏLMƏ SƏBƏBLƏRİ
- Artıq çəki
- Sedanter həyat tərzi (oturaq)
- Çox tüklü olmaq
- Çox tərləmək
- Dar geyim
- Gigiyena qaydalarına riayət etməmək
TÜK DÖNMƏSİ MÜALİCƏSİ
Bu xəstəliyin ən effektiv müalicəsi cərrahiyyə ilə aradan qaldırılmasıdır.
Cərrahiyyə xarici olan başqa müalicələr yaxşı nəticə vermir.
Apses olan qıl dönmələrində apsesin mütləq şəkildə drenaj edilməsi lazımdır.
Cərrahiyyə ilə müalicənin müxtəlif üsulları vardır.
1. Sinus yolunun çıxarılması və ikincil sağalmaya buraxmaq
2. Sinus yolunun çıxarılması və birincil tikmək
3. Sinus yolunun çıxarılması və flep çevirmə əməliyyatı icra edilir.
Rəy yaz